Rusiyanın seçkilərlə bağlı açıqlaması

“Rusiyanın rəsmi mövqeyi XİN-nin qısa amma sanballı bəyanatında ifadə edilib. Orada “hörmət edirik” ifadəsi işlədilib, -Uşakov deyib və qeyd edib ki, “hörmət edirik” ilə “tanıyırıq” ifadələri arasında bərabərlik işarəsini qoymaq olmaz.
“”Hörmət edirik” sözü burada xüsusilə seçilib”, – prezidentin köməkçisi deyib.
Rusiya XİN bəyanatında qeyd edilib ki, Luqans və Donesk regionlarında seçkilər “ümumilikdə mütəşəkkil və seçicilərin yüksək davamiyyətliyi ilə keçib”
“Biz cənubi-şərqin sakinlərinin iradəsini ifadə edirik. Seçilmiş nümayəndələr regionlarda normal həyat tərzini bərpa etmək üçün praktiki məsələləri həll etmək üçün mandat alıblar”, – nazirlikdə əlavə ediblər.
Seçkilərin nəticələrinə görə “DXR” rəhbəri Aleksandr Zaxarçenko istehfaya gedən Aleksandr Borodayı vəzifədə əvəz edib. “LXR” lideri isə İqor Plotniski olub. Hər iki “respublikada” parlamentə deputatlar seçilib.
Ukrayna, ABŞ və Avropa İttifaqı, eləcə də Azərbaycan səsvermənin nəticələrini tanımayıblar.