Rusiyanın Ukraynada yaşayış binasına hücum etdi: Ölənlər var

media-hightechnic-468x90

Rusiyanın Ternopola hücumu nəticəsində azı 9 nəfər ölüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, Rusiya ötən gecə Ukraynaya 470-dən çox dron və 48 raketlə hücum edib.

“Ternopolda 9 mərtəbəli yaşayış binasına zərbə endirilib. Zərbə yanğına səbəb olub. Dağıntılar altında qalanlar ola bilər. 9 nəfər həyatını itirib. Xarkova hücumda isə onlarla xəsarət alan var. İvano-Frankovs regionunda enerji infrastrukturumuza edilən hücumda 3 nəfər yaralanıb, onların ikisi uşaqdır” Zelenski qeyd edib.

Prezident Kiyev, Donetsk, Çernihiv, Dnepr və digər bölgələrə də hücumlar edildiyini bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05