Rusiyaya casusluqda şübhəli bilinən zabit SAXLANILDI 

media-hightechnic-468x90

Almaniya ordusunun zabiti müdafiə sistemi və ordunun yeri ilə bağlı məlumatları ruslara ötürməkdə şübhəli bilinərək saxlanılıb.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Koblenz şəhərində Federal Ordunun Materiallar, İnformasiya Texnologiyaları və İstifadəsi üzrə Federal İdarəsində çalışan H.Tomas adlı zabit Bonn şəhərində yerləşən Rusiyanın Baş Konsulluğu və Berlin səfirliyi ilə əlaqə saxlayaraq məxfi məlumat və sənədləri çatdırmaqda şübhəli bilinərək saxlanılıb.

Almaniya Baş Prokurorluğu casusluqda şübhəli bilinən H.Tomasın evində və iş yerində axtarış apararaq bəzi sənədlərin ələ keçirildiyini açıqlayıb. Sözügedən şəxsin uzun müddətdir ki, Almaniya ordusuna aid məxfi məlumatları Rusiya Kəşfiyyat Xidmətinə ötürdüyü bildirilib.

Hüquq mühafizə orqanları tərəfindən saxlanılan H.Tomasın 10 ilə qədər həbs oluna biləcəyi bildirilib.

Sadiq Cavadov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05