!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya görə YENİ QALMAQAL: “Nobel mərasimi” boykot edilir?

!Reklam – Yazi

Nobel mükafatının növbəti təqdimetmə mərasimi ərəfəsində ciddi qalmaqal yaranıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiyanın İsveçdəki səfirinin təqdimetmə mərasiminə dəvət olunması kəskin narazılıq doğurub.

Məlumata görə, İsveçin bir sıra nüfuzlu siyasətçiləri qeyd olunan səbəbdən mərasimə qatılmaqdan imtina edib.

Eyni zamanda, İsveçin rəsmi şəxsləri də mərasimdə iştirakdan imtina variantını nəzərdən keçirəcəklərini bildiriblər.

İsveç Liberal Partiyasının sədri etirazını bu formada ifadə edib: “Putinin Ukraynaya qarşı qanlı təcavüzü davam edərkən, Rusiya səfiri ilə eyni masa arxasında əyləşmək və onun sağlığına badə qaldırmaq niyyətində deyiləm”.

Mərkəz Partiyasının sədri Muharrem Demirok isə Rusiya səfirinin qatılacağı mərasimdə iştirak etməyəcəyini söyləyib.

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv