!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya işləməkdə ittiham olunan ŞƏXS SAXLANILDI

!Reklam – Yazi

Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiyaya silah istehsalında istifadə olunan dəzgahların satışı ilə məşğul olan Almaniya vətəndaşını saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.

Həbs əməliyyatı noyabrın 20-də Polşanın Lubuskie voyevodalığında baş tutub.

Qorzovsko-Gelkopolska Voyevodalığı Prokurorluğu tərəfindən Almaniya vətəndaşına Rusiya Federasiyasına vasitəçilik yolu ilə ikili təyinatlı malların ixracı ilə bağlı ittiham irəli sürülüb. Qurumun məlumatına görə, saxlanılan şəxs günahını etiraf edib və könüllü şəkildə cəza almağa razılaşıb.

İstintaq zamanı müəyyən olunub ki, onun şirkəti vasitəsilə dəzgahlar qanunsuz şəkildə Rusiya hərbi zavodlarına ötürülüb. Həmin zavodlar isə bu avadanlıqları silah istehsalı üçün istifadə edib.

Qurumun mətbuat xidməti bildirib ki, həmin şəxsin fəaliyyəti “Dövlət təhlükəsizliyi və beynəlxalq sülhün qorunması üçün strateji əhəmiyyət kəsb edən malların, texnologiyaların və xidmətlərin xarici ticarəti haqqında” qanunun pozulması ilə nəticələnib.

Xatırladaq ki, yaxınlarda Ştutqartda bir şəxs Rusiya silah istehsalçısına snayper tüfəngləri istehsalı üçün dəzgah satmaqla ticarət məhdudiyyətlərini pozduğuna görə 7 il həbs cəzası alıb.

Bundan əlavə, alman araşdırmaçı jurnalistləri müəyyən ediblər ki, sanksiyalara baxmayaraq, 2023-cü ildə Almaniya şirkətləri Rusiyaya 300-dən çox yük tədarük edib. Bu yüklər arasında avtomobil hissələri və ya döyüş sursatlarının istehsalında istifadə edilə biləcək məhsullar da olub.

COP29

www.yenicag.az

78
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv