!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyaya qarşı neçə ölkədən könüllüllər döyüşür? – Xarici legionun TƏRKİBİ

!Reklam – Yazi

Ukraynaya hərbi təcavüz edən Rusiyaya qarşı neçə ölkədən könüllülərin toplandığı açıqlanıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə legionun spikeri Damyen Maqru iyunun 13-də Kiyevdə keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Rusiyaya qarşı mübarizədə dünyanın bütün qitələrindən könüllülər iştirak edir:

“Legionda 50-dən çox – hətta Braziliya, Avstraliya, Cənubi Koreya kimi ölkələrin vətəndaşı var. Mən sonuncu dəfə baxanda 55 ölkə idi”.

Maqru bildirib ki, bununla belə, legionda say çoxluğu ABŞ və Böyük Britaniya vətəndaşlarına, onlardan sonra isə Polşa, Kanada, Baltikyanı Skandinaviya dövlətlərinə məxsusdur.

O əlavə edib ki, xarici legion Ukrayna ordusunun tərkibində fəaliyyət göstərir və dövlətdən maliyyələşir.

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv