Rusiyaya qarşı pomidor aksiyası-Video
Niderlandın paytaxtı Amsterdamın Dam meydanı başdan-ayağa qırmızı kütləyə bürünüb.
Rusiyanın Avropaya qarşı tətbiq etdiyi ərzaq və meyvə tərəvəz embarqosundan ziyan çəkmiş yerli fermerlər, Moskvanın bu addımına qarşı, özünə məxsus aksiya keçirib.
“La Tomatina” festivalından ilhamlanaraq, onlar etirazlarını pomidor döyüşü şəklində ifadə edib. Mənzərə marağa səbəb olduğundan, yoldan keçənlər də özləri bilmədən aksiyaya qoşulmuş olub. Üstəlik təşkilatçılar 1 saatlıq pomidor döyüşündə iştirak edən şəxslərin hərəsindən 15 avro alıb. 1000 nəfər yaxın insanın pullu aksiyada iştirak etdiyi bildirilir.
Təşkilatçılar aksiya üçün istifadəyə yararsız 120 min ədəd pomidor alıb.