Ruslar Kiyevi üç saata ələ keçirə bilər

media-hightechnic-468x90

assssdRusiya Kiyevi üç saat içində ələ keçirə bilər.

Bu açıqlama ilə Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Andrey Parubiy çıxış edib.

O, Ukrayna qoşunlarının istənilən istiqamətdən hücumların qarşısını almaqdan ötrü müxtəlif zonalarda yerləşdirildiyini bildirib: “Rus qoşunları Kiyevdən iki-üç saatlıq məsafədə yerləşdirilib. Əgər onlar istəsələr, üç saat ərzində Kiyevə çata bilərlər. Ona görə də Ukrayna qoşunları müxtəlif yerlərdə hücumların qarşısını almaqdan ötrü yerləşdirilib. Biz hazırda ölkə ərazisinə müxtəlif istiqamətlərdə olan genişmiqyaslı hücum təhlükəsi ilə qarşı-qarşıyayıq”.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Müdafiə Nazirliyi ölkənin şərq sərhədi boyunca Rusiyanın 220 minlik ordu, 1800 tank, 400 vertolyotunun cəmləşdiyi haqqında informasiya yaymışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600