Ruslar Ukraynanın iki gəmisini batırdılar
Rus hərbçiləri Qara dənizdə gəmini batırıblar.
Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu gecə rus hərbçiləri Sevastopolda hərbi gəmini batırmaqla Ukrayna Hərbi Dəniz Donanamasını Qara dənizə çıxış yolunu bağlayıblar. Rus hərbçiləri bu gecə köhnəlmiş böyük “Oçakov” gəmisini Donuzlav gölünün çıxışında batrımaqla Ukrayna Hərbi Dəniz Qüvvələrinin Cənub Hərbi Dəniz bazasının Qara dənizə çıxışını kəsiblər.
Belə ki, rus hərbçiləri bir necə gün “Donuzlav” qarnizonu mühasirədə saxladıqdan sonra bu gecə saat 23 radələrində ətrafında qurduqları postları tərk edərək naməlum istiqamətə hərəkət ediblər. Orada dayanan Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri də onlarla birgə blokpostu tərk edib.
Rus hərbçiləri burada Ukrayna hərbi gəmilərinin dənizə çıxışına mane olurdular. Amma sonradan onların blokpostları tərk etmələrinin səbəbləri bəlli olub. Rus hərbçiləri “Oçakov” gəmisini Donuzlavda Şimal və Cənub burunu arasında batıraraq yolu kəsiblər. Bu ərazidə su dayaz olduğundan batırılan gəminin yuxari hissəsi görünür. Batırılan gəminin oradan çıxarılması xeyli vaxt və maliyyə vəsaiti tələb edir.