Rüstəm İbrahimbəyovu kim danışdırır?

media-hightechnic-468x90

134532_429905“Rüstəm İbrahinbəyovun uzun fasilədən sonra yenidən fəallaşaraq, mətbuata çıxması birbaşa olaraq ölkəmizdə qarşıdan gələn seçkilərlə bağlıdır. Bununla əlaqədar olaraq, xaricdəki müəyyən dairələr onu fəallaşdırırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib: “Bildiyiniz kimi, son prezident seçkiləri dönəmində də İbrahimbəyo fəallıq nümayiş etdirirdi. Təbii ki, Rüstəm İbrahimbəyov və onu dəstəkləyənlərin heç biri özbaşına deyillər. Onlar müəyyən xarici dairələrdən tapşırıqlar alır. Heç kəsə sirr deyil ki, Qərbdəki bəzi dairələr Azərbaycanda gedən proseslərə müdaxilə etməyə çalışır. Ölkəmizi özlərinə tabe etdirmək üçün bu qüvvələr çox müxtəlif çeşidli üsullara əl atırlar ki, Azərbaycana təzyiq göstərsin və bu əsasda da ölkəmizi öz orbitlərinə çəkə bilsinlər. Azərbaycan isə milli və dövlətçilik maraqlarına cavab verən müstəqil siyasət yürüdür. Bu da Qərbdəki bəzi dairələrin ürəyincə deyil. Onlar istəyir ki, Azərbaycan Rusiya ilə Qərb arasında seçim edərək, ikinci tərəfə keçsin. Belədə seçki ərəfəsi ölkəmizə yönəlik təzyiqləri daha da artırırlar. Çünki bu dönəmdə əhalinin əksər hissəsi fəallaşır. Bu zaman əsassız iddialarını təmin edə bilməyənlərdən istifadə edib, ölkədə qarşılıqlıq yaratmaq istəyirlər. Rüstəm İbrahinbəyov da həmin füqurlardan biridir ki, müəyyən dairələrin dirijorluğu ilə hərəkət edərək, fəallaşmağa start götürüb. Hesab edirəm ki, bu gün Rüstəm İbrahimbəyovun yenidən ortaya atılması bu amillərlə bağlıdır”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600