Rüstəmxanlı fəal gənclərlə görüşdü-Moskvada
DAK həmsədri , VHP- nin sədri xalq şairi, millət vəkili Sabir Rüstəmxanli Moskvada yaşayan azərbaycanlı fəal gənclərlə görüşüb.
Yenicag.az xəbər verir ki, yanvarın 18-də keçirilən görüşdə aktiv gənclər, tələbələr, Moskvadakı Azərbaycan ədəbi və ictimai mühitinin nümayəndələri iştirak ediblər.
20 Yanvar şəhidlərinin anılmasıyla başlanan tədbirdə 25 il öncə o vaxt hələ SSRİ nin tərkibində olan bir respublikanın əhalisi olan azərbaycanlılara, yəni öz vətəndaşına qarşı köhnə Moskva rəhbərliyiyinin törətdiyi cinayətlər barədə, o cinayətin şahidi olmuş adamlar danışaraq öz xatirələrini bölüşüb, Qanlı Yanvarın səbəb və nəticələri barədə öz mülahizələrini söyləyiblər.
Görüşdə Sabir Rüstəmxanlı, DAK həmsədrlərinin müavinləri, Moskvada yaşayan ədəbiyyatşünas alim Abuzər Bağırov, şairə Afaq Şıxlı, Şəhriyar Birliyi və Azərbaycan Mədəniyyətinin İnkişaf və İntbah Mərkəzinin direktoru Şamil Tağıyev, Azərbaycan Slavyan Gənclər Assosasiyasının Rusiya nümayəndəsi Toğrul Allahverdili və digərləri çıxış ediblər.
Məclisin sonunda şəhidlərin adına ehsan verilmişdir.