Rza Zərrab yenə qalmaqalda
Türkiyədə azərbaycanlı iş adamı Rza Zərrabla bağlı məhkəmə keçirilib.
İş adamı təhqir olunduğunu əsas gətirərək 2012-ci ildə icarəyə götürdüyü evin sahibi Muzaffər Aslana 2 illik həbs cəzası tələb edir.
İstanbulun Asliyyə Məhkəməsində başlanan prosesə nə iş adamı özü, nə də şikayətçisi olduğu Muzaffer Aslan qatılıb. Məhkəmədə ifadə verən Yücel Özçil təsdiq edib ki, Muzaffer Aslan Rza Zərrab barəsində təhqir səsləndirib: “Qardaşımla birlikdə həmin evə getdik. Muzaffer Aslan çox əsəbi idi. Ondan depozit pulunu istədik. Və o bildirdi ki, evindən pavyon kimi istifadə olunub, keyfiyyətsiz materiallar ediblər, biz də bunları adam zənn etdik…”.
Şahid pul tələb etdikləri Muzaffer Aslanın da eyni tələblə çıxış etdi və dedi ki, mənim ondan alacağım var: “Qoy, Rza özü gəlsin. mən onun burnunu yerə sürt-sürtə bura gətirməyi bilirəm”.
Məhkəmədə ifadə vermək istəməyən böyük qardaş Yüksel Özçilin zorla ifadə verməyə gətirilməsi barədə qərar çıxarılıb. Məhkəmə qeyri-müəyyən müddətədək təxirə salınıb. (anspress.com)