Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saakaşvilinin avtomobil almağa pulu çatmadı

85554Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünə maşın ala bilməyib.

Yenicag.az bildirir ki, Ukrayna prezidenti Petro Poroşenkonun müşaviri təyin edilən Saakaşvilini qiymətlər təəccübləndirib.

“Şuster Live” teleşousunun qonağı olan keçmiş prezident Kiyevdə özünə “Hyundai” markalı maşın almaq istədiyini deyib. Lakin maşının qiymətini görən müşavir pis vəziyyətdə qalıb – bu pula Gürcüstanda “Maserati” sahibi ola bilərsən.

Gürcü siyasətçinin paytaxtın mərkəzindəki ev istəyi də baş tutmayıb. O, ev tikintisi üçün yer əldə etmək istəyib. Lakin yerin və layihənin təsdiqlənməsi ilə bağlı uzun-uzadı prosedurlardan sonra bu fikrindən daşınıb.

Xatırladaq ki, bir neçə müddət öncə Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini öz müşaviri təyin edib. Prezidentin mətbuat xidmətindən bildirilib ki, Poroşenko Mixail Saakaşvilinin məsləhətçisi (ştatdan kənar) təyin edilməsi barədə fərman verib.

(anspress.com)

www.yenicag.az

287