Saakaşvilinin pasportu əlindən alındı

media-hightechnic-468x90

66459“Mən adi vətəndaş kimi bura Avropa Parlamentinin iclası üçün gəlmişəm. Yaxın saatda Avropa İttifaqı ilə Gürcüstan arasında assosiativ üzvlük haqqında sənəd təsdiq olunmalıdır.

Məlumata görə, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Strasburqda gürcü jurnalistlərə bildirib.

O deyib: “Gürcüstanın Xarici İşlər Nazirliyi mənim pasportumun ləğv edilməsi haqqında qərarı eşidəndə təəccübləndim. Mən təyyarə ilə Strasburqa uçarkən bu barədə məlumat aldım. Hərçənd ki, prezident olmuş şəxslərə aid pasport ömürlükdür. Lakin, bu, mənim uçuşumu əngəlləyə bilmədi.”

Xatırladaq ki, bu iıin iyulunda Gürcüstanın Baş Prokurorluğu M.Saakaşvili barəsində bir neçə cinayət işi üzrə beynəlxalq axtarış elan edib. İnterpol gürcü prokurorluğunun bununla bağlı xahişini hələ təmin etməyib. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600