Sabah 3 rayonda qaz olmayacaq

media-hightechnic-468x90

Sabah Salyan, Neftçala və Hacıqabul rayonlarında qaz təchizatı dayandırılacaq.

Bu barədə Yenicag.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Əhali (Şorsulu)” ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE “Şorsulu QPS-Şorsulu kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə mayın 14-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 11 kəndində – Marışlı, Şorsulu, Seyidlər, Boranıkənd, Qızılağac, Sarvan, Dayıkənd, Alçalı, Bəydili, Seyidsadıqlı, Quyçu kəndlərində (ümumi 4 100 abonent), həmçinin, Neftçala rayonunun 11 kəndində – Qaçaq, Xolqaraqaşlı, Qırmızı, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd, Xəzərkənd (ümumilikdə 2 610 abonent) kəndlərində “Şorsulu” QPS-dən qidalanan “Əhali (Şorsulu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin, Hacıqabul rayonu Pirsaat qəsəbəsini təbii qazla təmin edən dş 160 mm-lik və dş 160 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Pirsaat qəsəbəsində (232 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600