Sumqayıt RETSİ-nə (Regional Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bir sıra ərazilərdə 110/10 Kv-luq “Sumqayıt-2” yarımstansiyasında həyata keçirilən profilaktik təmir işləri ilə əlaqədar oktyabrın 25-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sumqayıtda 6, 9, 10, 12, 13-cü mikrorayonlarda, 47, 48-ci məhəllədə, Yaşıldərə yaşayış massivində, Corat və Saray qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
www.yenicag.az