Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Yenicag.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 761mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

www.yenicag.az

179
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100