Sabah İstanbul bələdiyyəsinin sədri seçiləcək

Sabah İstanbul Böyükşəhər bələdiyyəsi sədri seçiləcək.

Yenicag.az xəbər verir ki, seçkilər Türkiyə vaxtı ilə saat 08.00-da başlayacaq və 17.00-da bitəcək (Bakı vaxtı ilə saat 09.00-18.00).

Seçici aktivliyini nəzərə alsaq əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binali Yıldırım ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu arasında olacaq.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Səsvermənin nəticələri seçki məntəqəsində səslərin düzgün sayılmaması səbəbiylə ləğv olunub.

COP29