Oktyabrın 4-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.
ETSN-dən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 11-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13°, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 7-12°, gündüz 14-17° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti olacağı gözlənilir.
www.yenicag.az