Sabiq daxili işlər naziri saxlanıldı

media-hightechnic-468x90

Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbəri 2022-ci ilin yanvarında baş vermiş faciəvi hadisələrlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb.

Agentlik qeyd edib ki, martın 20-də o, artıq prokurorluqda dindirilib.

Məlumatı Qazaxıstan Baş Prokurorluğu da təsdiqləyib.

Qeyd olunub ki, Qazaxıstan Respublikasının Baş Prokurorluğu 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işlərinin istintaqını davam etdirib. Belə ki, bu il aprelin 29-da keçmiş daxili işlər naziri Erlan Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600