Sabiq deputatın qəza görüntüləri yayılıb-Video

media-hightechnic-468x90

serfghkechmish dep qezaXəbər verdiyimiz kimi, ötən gün keçmiş millət vəkili Əliməmməd Nuriyev Neftçilər prospektində ağır qəzaya düşüb.
Videoda qəzanın anbaan görüntüləri yer alır.

Ə.Nuriyevin avtomobilinin arxasınca hərəkətdə olan avtomobilin video-reqistratoru qəzanın baş vermə səbəbini qeydə alıb. Belə ki, görüntülərdə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobil Azadlıq meydanına çatarkən dönmə əməliyyatı etməyə çalışır. Bu zaman onun sol tərəfi ilə ötmə əməliyyatı etməyə çalışan BMV markalı avtomobil Ə.Nuriyevin avtomobili ilə toqquşur. Nəticədə “Pajero” aşır.

Görüntülərdə yaxınlıqdakı vətəndaşların köməyi ilə keçmiş deputatın tərsinə çevrilmiş avtomobildən çıxarıldığı görünür.

Xatırladaq ki, qəza ötən gün günorta saatlarında baş verib. Qəza nəticəsində Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600