!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq idarə rəisinin ölkədən çıxışına qadağa qoyula bilər

!Reklam – Yazi

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq idarə rəisinin ölkədən çıxışına “stop” qoyula bilər.

Yenicag.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Azərinşaatservis” MMC-nin direktoru Arzuman Abbasovla bağlı məhkəməyə müraciət edib. Buna səbəb onun vergi borcu olub.

İşə fevralın 20-də Bakı Kommersiya Məhkəməsində Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. Məhkəmə təsdiqləyərsə, Arzuman Abbasovun ölkədən çıxışına qadağa qoyulacaq və vergi borcunun ödənilməsi ilə bağlı vaxt veriləcək.

Qeyd edək ki, Abbasov Arzuman Hacı oğlunun təsisçisi olduğu “Azərinşaatservis” MMC-nin 16 min 575 manatdan çox vergi borcu var. O, uzun illər “Azərsu” ASC-də Tikinti Departamentinin rəisi vəzifəsində çalışıb./Qaynarinfo/

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv