Sabiq nazir ifadə verməkdən imtina edib

media-hightechnic-468x90

uuuHəbsdə olan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev məhkəmədə ifadə verməkdən imtina edib. Vəkil Əfqan Məmmədov “Media forum” saytına deyib ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə hakim İlkin Rəcəbov sabiq nazirə ifadə verməyi təklif edib: “Amma Nicat Quliyev ifadə verməkdən imtina etdi. Dedi ki, qanunu pozmayıb, hər hansı cinayət törətməyib və cinayət işi tam qondarmadır. Ona görə də ifadə vermədi”.

Nicat Quliyev 2013-cü il avqustun 7-də MTN həbs edib. Sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. O, istintaqa heç bir ifadə verməyib.

Vəkilin sözlərinə görə, prosesdə hal şahidləri dindirilib: “Cinayət işində dörd nəfər hal şahidi var, Milli Təhlükəsizlik Nazirliyi Nicat Quliyevin avtomobilində və bağ evində axtarış aparan zaman hal şahidi olublar. Onlar ifadə verdilər. İkisi avtomobildə, ikisi isə bağ evində aparılan axtarışın hal şahididirlər. Amma ifadələrində konkret heç nə demədilər. Əslində deyiləsi bir sözləri də yoxdur. Cinayət işində yazılıb ki, guya həmin şəxslər ərazidən təsadüfən keçirmiş, MTN əməliyyatçıları onlara yaxınlaşıb, məsələni və hüquqlarını izah edib, hal şahidi olmalarını təklif edib, onlar da razılaşıblar. Amma məhkəmədə sorğu-sual zamanı məlum oldu ki, hal şahidlərinin dördü də Novxanı bələdiyyəsində işləyir”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600