Sabiq prezident Bibiheybət məscidini ziyarət edib

media-hightechnic-468x90

 

media-banner_tuq

Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF 13) iştirak etmək üçün Bakıya gələn Mavriki Respublikasının sabiq prezidenti Əminə Qurib-Fakim Bibiheybət məscidini ziyarət edib. 

Yenicag.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev qonaqlara Bibiheybət ziyarətgahının tarixi, Azərbaycan dövləti tərəfindən məscid-kompleksdə həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.

Ziyarətgah kompleksi ilə yaxından tanış olan Mavriki Respublikasının keçmiş rəhbəri Əminə Qurib-Fakim burada ziyarətçilərə yaradılan şəraiti yüksək qiymətləndirib, qədim dini-tarixi məkanı görməkdən məmnun qaldığını bildirib.

Sonda qonağa və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunub.

media-b-1_2

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05