Sabiq prezidentə edam cəzası

media-hightechnic-468x90

47508Misirin sabiq prezidenti Məhəmməd Mursi edam cəzasına məhkum edilib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Misirdə çevriliş yolu ilə vəzifəsindən uzaqlaşdırılan və daha sonra həbs olunan sabiq prezident Məhəmməd Mursi “Həmas”a məlumat ötürməkdə günahlandırılır.

Mursi ilə yanaşı “Müsəlman Qardaşlar” təşkilatının yüksək səviyyəli 14 səlahiyyətli şəxsinə də edam cəzası verilib. Məhkəmə şübhəlilərin sənədlərini müftiyə göndərib. Müftinin qərarından sonra məhkəmə qəti qərarını açıqlayacaq.

Qeyd edək ki, Misir məhkəməsi 21 apreldə Mursini mühakimə edərək ona 20 il həbs cəzası vermişdi.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa