Sabiq Prezidentə ölüm hökmü verildi
Məhkəmə Misirin sabiq Prezidenti Məhəmməd Mursi barəsində ölüm hökmü çıxarıb.
Qahirə məhkəməsi ona və “Müsəlman qardaşlar” təşkilatının bir sıra liderlərinə iki iş – dövlətə xəyanət və casusluq, həmçinin 2011-ci il yanvar inqilabı zamanı təşkilatın liderlərinin həbsxanadan qaçışı üzrə hökm oxuyub.
Dövlətə xəyanət üzrə işdə M.Mursinin adı çəkilməyib. Onun ölüm hökmünə məhkum edilməsinə səbəb həbsxanadan qaçmasıdır.