!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiqlər üzərində nəzarət: “Keçmiş nazirlər dövlət sirlərini açıqlasalar...”

!Reklam – Yazi

“İşgüzar məlumatlar bəzi hallarda dövlət sirrindən də üstün sayılır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında  keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib. O, vəzifədən azad olunan yüksək dövlət məmurlarının nəzarətə götürülməsinin mümkün olub-olmadığını şərh edib.

İlham İsmayıl

İlham İsmayılın fikrincə, postlarını itirən nazirlər “Nəyi etmək olar, nəyi yox?” məsələsində maksimum ehtiyatla davranırlar:

“Qeyd edim ki, vəzifəsindən azad olunan yüksək vəzifəli şəxslər xüsusi nəzarətdə və ya diqqətdə saxlanılmırlar. Həmin məmurlarla bağlı qərar verilir və onlarla xudahafizləşirlər.

Sadəcə, onlara yönəlik diqqətin iki tərəfi var. Ola bilər ki, o məmurların hansınısa yüngül bir işlə təmin etsinlər, yaxud da biznesinə şərait yaratsınlar.

Konkret danışsaq, deyə bilərəm ki, son olaraq vəzifədən çıxarılan nazirlərə və komitə sədrlərinə yeni vəzifə verilib-verilməyəcəyi haqda qəti fikir bildirmək çətindir. Ancaq bunu birmənalı şəkildə bildirirəm ki, onların üzərində nəzarət yoxdur. Yəni onlar nəzarət altında saxlanan şəxslər deyillər.
Mən düşünmürəm ki, nəzərdə tutduğumuz nazirlər dövlət əhəmiyyətli məxfi sənədlərlə işləsinlər. Əlbəttə, hökumətdə təmsil olunmuş məmurlarda müəyyən məlumatlara çıxış imkanları olur.

Lakin unutmayaq ki, sabiq məmurların vaxtilə tanış olduqları məxfi məlumatları açıqlamaları onların özləri üçün cinayət məsuliyyət yaradır. Çünki o məmurlar daha öncədən məxfi məlumatları yaymayacaqlarına dair iltizam verirlər.

Hansısa işgüzar xarakterli sirləri açıqlamaları isə onların əleyhinə işləyəcək. Ona görə ki, işgüzar məlumatlar bəzi hallarda dövlət sirrindən də üstün sayılır. Bu baxımdan, sabiq məmurlar özlərini necə aparmalı olduqlarını bilirlər”.

Xatırladaq ki, uzun müddət hökumət üzvü kimi fəaliyyət göstərmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Nazirllər Kabinetinin yeni tərkibinə daxil edilməyiblər.

A.Zeynalov

www.yenicag.az

2459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv