Sabir Rüstəmxanlı Türkiyədə yüksək mükafat aldı – FOTO

media-hightechnic-468x90

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Türk Dünyasına Hizmet Ödülü”nə layiq görülüb.

Yenicag.az xəbər verir ki, ödül millət vəkilinə iyunun 26-da İpekyolu Kamu Diplomasisi ve Ekonomik İşbirliği Təşkilatı ile Uluslararası İpekyolu Dərgisinin 17-ci “İpekyolu İlin Altın Adamları Ödül Töreni”ndə təqdim edilib.

Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkillərinin, tanınmış sənət və iş adamlarının iştirakı ilə keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar sırasında Özbəkistan və Qazaxstanın Türkiyədəki böyük elçiləri, Makedoniyadan, Qaqauz elindən, Rumıniyadan olan millət vəkilləri və iş adamları da var.

Qeyd edək ki, Sabir Rüstəmxanlı Türkiyədə rəsmi səfərdədir. O, qardaş ölkənin siyasi və ictimai çevrələrində bir sıra yüksək görüşlər keçirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600