Sabirabadda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

media-hightechnic-468x90

Sabirabadda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Həşimxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Bulduq kənd sakini, 1985-ci il təvəllüdlü İmanov Ruhul Sahil oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən rayonun Həşimxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Cabbarlı Kamran Qafar oğlunin idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Sabirabad Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600