Sabirabad rayonunun Əlicanlı kəndində ümumi sahəsi 190 m² olan birmərtəbəli, 7 otaqlı evin 1 otağının, dəhlizinin və mətbəxinin qamışdan ibarət tavanı 35 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.