Sabirabadın 7 kəndində qaz olmayacaq

media-hightechnic-468x90

Bu gün Sabirabad rayonunun yeddi kəndində qaz təchizatı dayandırılacaq.

Yenicag.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Azadakənd” qazpaylayıcı stansiyasından (QPS) qidalanan Sabirabad rayon kəndlərini təbii qazla təmin edən PE 250, 200, 160, 110 mm-lik yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə mayın 21-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 7 kəndində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, bu müddət ərzində rayonun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı kəndlərində (ümumi 2 211 abonent) qaz təchizatı dayandırılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600