“Şadam ki, iclas Bakıda, neftin vətənində keçirilir” – Xalid əl-Falih

media-hightechnic-468x90

Bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih neft istehsal edən ölkələrin əsas məqsədindən danışıb.

O bildirib ki, məqsəd qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır.

Əldə edilən uğurlara baxmayaraq, çox iş görməli olduqlarını bildirən nazir ötən il bir sıra tədbirlər sayəsində bazarın stabilləşməsinə nail olunduğunu söyləyib.

Daha sonra Xalid Əbdüləziz əl-Falih əlavə edib:

“Mən şadam ki, iclas Bakıda, neftin vətənində keçirilir. Biz bu gün burada Azərbaycanın neft sənayesinin uğurlarını qeyd etmək üçün toplaşmışıq”.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600