“Şadlıq evlərinin əlində girovuq”

media-hightechnic-468x90

zahd. o“Yas qadağasına ilk əvvəl Təzə Pirdən başlamaq lazım idi”

`Dəvətnamə alanda “həmişə toyda” sözünü də deyə bilmirik`

Milli Məclisin deputatı Zahir Oruc  müsahibəsini təqdim edirik:

– Zahid müəllim, son günlər mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri dövlət tərəfindən yas və toy mərasimlərinə qoyulan qadağadır. Təbii ki, bu gözlənildiyi kimi birmənalı qarşılanmadı. Razı qalanlar da oldu, narazılıq edənlər də.. Siz bu barədə nə düşünürsünüz?

– Məsələ təkcə yas mərasimlərində israfçılığa qarşı inzibati vasitələrlə tədbir görməkdə deyil. Qeyd edim ki, bütövlükdə bu qayda xalqımız tərəfindən müdafiə olunur və sanki ilk addımın yuxarılardan atılması gərək imiş ki, bütövlükdə cəmiyyət bunu alqışlasın, ona tabe olsun və hər yerdə bu qəbul edilsin. Məsələnin ən önəmli tərəfi odur ki, bu bizi bütövlükdə milli inkişafdan salır, Azərbaycan cəmiyyətini taqətsizləşdirir, həyatdan getmişin ailəsini çox ağır sosial yük altına salırvə beləliklə bu çox mənfi şəkildə davam edən məsələyə son verilməsindən gedir.

Mən bilmirəm bizim sosioloqlar, cəmiyyətşünaslar tətqiq edib tapa bilərlərmi ki, ötən əsrlərdən bu yana bu cür mərasimlərin menyusu, onun süfrəsinin zənginləşməsi hansı dövlərlə təsadüf edir. Bu 200 il əvvəl baş verib? ya son 20-30 ilin məhsuludur? Ancaq bundan asılı olmayaraq, mən bir paraleli demək istəyirəm. Hindular inəyi xeyli müqəddəsləşdiriblər və əgər onlar yolun ortasında yatan inək görürlərsə hamısı onun qırağında yatmalıdırlar ki, bu müqəddəsliyin üzərindən keçməsinlər. Bir ingilis də bir dəfə onlara baxıb həmin mərasimdə iştirak edir. Bu zaman başqa bir ingilis də soruşur ki, bunun sənə nə aidiyyatı var ki? Axı sən ingilissən. Cavab çox ibrətamizdir və bizim bu yas mərasimlərini, millətimizin durumunu, faciəsini izah edir. İngilis belə cavab verib: vaxtilə bir neçə əsr bundan öncə bunların inanclarına bu məsələni biz daxil etmişik. Əgər mən baxsam o zaman hindular da ayıla bilər, bu bizim çoxsaylı hinduları idarəetməyimizi çətinləşdirər.

-Sizcə, xeyir-şər məclislərində dövlət nəzarətinin artırılması indiyi durumda nə ilə bağlı idi?

-Mən hesab edirəm ki, bizim mərasimlərimiz sözün həqiqi mənasında milli inkişafımıza bir buxovdur və hamı bunu cəmiyyət, məişət səviyyəsində dilə gətirirdi. Düşünürəm ki, bu sadəcə menyulara təsir göstərməli deyil. Eyni zamanda qəbir yerlərinin tutulması, alınması, bütövlükdə qəbirstanlıqların mavzoleyə çevrilməsinə, bahalı qəbir daşlarına da öz təsirini göstərməlidir.

“Bu proses Təzə Pir məscidindən başlasın”

Burada da bir fikri qeyd edim ki, Azərbaycanın din adamları bu sahədə olan əsas ilahiyyatçılar bu məsələnin önündə getməlidirlər, insanlara qarşı çıxaraq, onlara müqavimət göstərərək yox. Çünki mən çox arzulayıram ki, bu Təzə Pir məcsidindən başlasın. Ona görə ki, Azərbaycanın elitasının mərasimləri bu məsciddə keçirilir. Və bu cür addımlar örnək kimi cəmiyyətə təqdim olunduqca, hər kəs dərk edəcək ki, belə olmalıdır.

– Zahid müəllim, ümumilikdə ilk olaraq bu addımın Naxçıvandan başladığı bildirilir.

-Baxın Naxçvanda məhz Vasif Talıbovun təşəbbüsü ilə bu proses getdi və indi hamı ona dua edir. Həqiqətən də axı bu mərasimin həyatını itirən insanın ruhuna nə aidiyyatı var? Ölü qalıb orada, adamlar başqa qayğıların faciəsini daşımaqdadırlar.

“Şadlıq evlərinin əlində girovuq”

-Necə hesab edirsiniz, toy mərasimlərindəki bu israfçılıq necə öz həllini tapmalıdır. Artıq buna da nəzarət etməyin vaxtı çatıbmı?

– Bugünki real mənzərədə toy mərasimlərimiz də ayrı bir faciəni özündə daşımaqdadır. Və yazıqlar olsun ki, əslində toyun başlıca fəlsəfəsi və mənası çoxdan özünü itirib. İki gəncin gələcək xoş gününün qeydiyyatı kimi və onun rəsmiləşməsi mənasını daşımalı olan bu tədbirlər daha artıq dərəcədə dəb, yarış, qonşudan geri qalmama prinsipi və şadlıq evlərinin əlində girov və əsirolmağa xidmət edir. Bir masa qiyməti ilə 100 manatdan yuxarı hesablanan bu şadlıq evlərindəki qiymətlər adamlar üzərində bu cür metod tapıblar.
Digər tərəfdən bu qiymətlər süni şəkildə digər şadlıq sarayları ilə yarışda hər zaman yuxarı saxlanılır və adamlar məhkumluq dərəcəsində ona uyğunlaşırlar. Bir məhsul, menyudakı hər hansı bir yemək 3-4 xeyir işi yola salmağa xidmət edir və ard-arda bir-birinin ardınca bu şəkildə qidalar vətəndaşın mədəsinə yönəltməklə açıq şəkildə ona qarşı basqı edir. Toylar Azərbaycan insanını xəstələndirən və ona qarşı ciddi bir diskriminasiya hadisəsinə çevrilir.

Şadlıq saraylarındakı o diapazonda səsə tab gətirməyə insanın gücü çatmır. Həkimlər qeyd edirlər ki, belə yerlərdə bədənin qanı dərinin səthinə yönəlir ki, özünü müdafiə etsin. Çünki sözün həqiqi mənasində sanki musiqiyə qarşı bir ondan yaralanırıq. Halbuki toydakı düşmən deyil özümüzük.

““Həmişə toyda” sözünü deməkdən çəkinirik”

-Məslənin başqa bir tərəfi də var. Şadlıq sarayları bu qədər yayılmamış toylarda kiçik bir menyu var idi, axşam da toplaşıb musiqi dinləyərdilər. Həmçinin insanların bir-biri ilə danışması, ünsiyyəti və s. ənənə öz-özlüyündə davam edirdi. Şadlıq evlərinin gəlməsi ilə bu proses başa çatdı. Yəni yemək və musiqi altında insanlar evlərinə qəzəbli dönürlər. Bu şəraitldə adamlar dəvətnamə alanda “həmişə toyda” sözünü deyə bilmirlər. “Həmişə toyda” sözü kimi müqəddəs mənanı daşıyan ifadə indi adamları qorxudur, bir-birlərinə bunu arzulamaqdan çəkindirir. Ona görə də mən hesab edirəm ki, bu da bizi geri salan hadisədir. Görünür ki, kimsə bunun ilk addımlarını atmalıdır. Və bu yarış və dəb dayandırılmalıdır. Və şadlıq evlərinin missiyasi da dəyişməlidir. Onu tikiblər başa gətiriblər, yaxşı ediblər və qazanıblar, fayda götürüblər. Yetər ki, bundan sonra şadlıq evləri Azərbaycan cəmiyyətini istismar etməsin.

Mən daha bir şeyi də qeyd etmək istəyirəm – toydakı musiqiçilər və aparıcılar. Məndə onların bir neçəsi haqqında məlumat var. Çünki yaxın adamımızın xeyir işlərinə aparıcılardan dəvət etmək istədik. Onlar cəmi 2-3 saat üçün 13-15 min manat istəyirlər. Çünki digər saatlarında musiqi olur. Cəmi 2-3 saata 13-15 min manatı adamlardan alırlar və insanlar da məhkum olaraq, onlarla razılaşır. Bəzən idmançılarla müəllimlərin maaşını kimsə müqayisə edir. Deyə bilərlərmi ki, Azərbaycanın təsadüfən efirə çıxmış, özünə biraz populyarlıq qazanan adamlarının Azərbaycan müəllimindən artıq nə iş görürlər ki, həmin vəsaiti qazanırlar. 15 min manat orta statistik azərbaycanlının 7, 10 illik maaşıdır. Bunu necə vermək olar? Və gənclər naminə hamı razılışar və deyirlər ki, camaat nə deyər. Kimsə deyəcək ki, daha sönük oldu və s.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600