!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı - Yevlaxda

!Reklam – Yazi

Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, şagirdləri daşıyan “Vito” markalı mikroavtobus Yevlax şəhərində, toxuculuq müəssisəsi yaxınlığında “QAZ-53” markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb.

Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Onlar 2003-cü il təvəllüdlü şagirdlərdir və hamısı Yevlağın Aran-1 qəsəbəsi sakinləridir.

Hadisə zamanı xəsarət alanlardan 14-ü Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan 8-nin xəsarəti yüngül olduğundan onlar ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıblar. Digər 6 yaralıda müxtəlif dərəcəli xəsarətlər qeydə alınıb.

Daha 5 yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Onların yaxın saatlarda Bakıya gətiriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

3524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv