Şahmat üzrə millimiz dünya çempionatının dörddəbir final mərhələsinə yüksəldi

media-hightechnic-468x90

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.

media-banner_tkm

Yenicag.az Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığmamız B qrupunun sonuncu – V turunda İsraillə üz-üzə gəlib. Şəhriyar Məmmədyarov və Qədir Hüseynov qələbə qazanıblar. Teymur Rəcəbov məğlub olduğu halda Rauf Məmmədov heç-heçə oynayıb. Yekun hesabda İsrail komandasını 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi dörddəbir finala yüksəlib.

Azərbaycan millisi növbəti mərhələdə İspaniya kollektivi ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05