Fərid Asif oğlu Orucovun 9 yaşı olsa da, şahmat aləmində indidən adından söz etdirməyi bacarıb.
Yenicag.az xəbər verir ki, 2008-ci ildə Bakıda anadan olan vunderkind şahmatla 5 yaşından məşğul olur.
Fərid bir sıra beynəlxalq turnirlərin qalibidir. O, Avropa üçüncüsü olmaqla yanaşı, eyni zamanda dünya ikincisidir.
Cari ildə Azərbaycan çempionu olan Orucovun 9 yaşı olsa da, mübarizəni 12 yaşlı oğlanlar arasında aparır.
Təhsil Nazirliyi tərəfindən ilin “Ən yaxşısı” seçilən Fərid Orucov Sumqayıt şahmat məktəbinin tələbəsidir. O, şahmatın sirlərini müəllimi Vüqar Bayramovdan öyrənib.
www.yenicag.az