Şahramanyanın QEYBƏ ÇƏKİLMƏSİ: “Qarabağ kartı” bölgədə öz əhəmiyyətini itirib”

media-hightechnic-468x90

“Ermənistanda müəyyən ağlı başında olan insanlar, proseslərin gedişini izləyənlər və hadisələrin məntiqini anlayanlar baş verənlərin – revanşistlərin Qarabağ məsələsinin və ümumiyyətlə, Azərbaycana qarşı iddialarının mənasız olduğunu, həmçinin bunun Ermənistanı uçuruma apardığını artıq görürlər”.

Bunu Yenicag.az-la söhbətində politoloq Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi özünü buraxmış qondarma “DQR” in “lider”i olan Samvel Şahramanyanın son günlər Ermənistanda yaşayan Qarabağ ermənilərinin başlatdığı siyasi proseslərə qoşulmamasını, eləcə də rəsmi İrəvanın sözügedən məsələ ətrafında apardığı siyasəti şərh edib.

M. Bünyadlı xatırladıb ki, dünən Paşinyan bir daha açıq şəkildə bəyan etdi ki, Ermənistanda hər hansı bir Qarabağ hərəkatının fəaliyyətinə imkan verilməyəcək:

“Bu arada sabiq prezident Serj Sarkisyan da bildirdi ki, onun Qarabağla bağlı saytında ciddi problemlər yaranıb, məlumatlar silinib və s. Əgər hadisələrin xronologiyasına bir qədər əvvəldən baxsaq, 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatından öncə Şahramanyan separatçı rejimin rəhbəri elan olundu. Məhz bu addımdan sonra Azərbaycan ermənilərin bu təxribatçı hərəkətinə cavab olaraq, qəti qərarlar qəbul etmək məcburiyyətində qaldı və antiterror əməliyyatını həyata keçirdi. Nəticədə isə həmin Şahramanyan Qarabağı tərk etməklə bağlı bəyanat imzalamağa məcbur oldu. Sonradan geri çəkilməyə çalışsa da, artıq bu proses geri dönüşü olmayan bir yol idi. O da başa düşdü ki, bölgədə və ümumilikdə dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Qarabağ məsələsi gündəmdən çıxıb”.

Onun sözlərinə görə, sadəcə bəzi güclər hələ də bölgədə, xüsusən də Zəngəzur dəhlizi uğrunda gedən mübarizədə maraqlarını qorumaq üçün “erməni kartı”ndan istifadə etməyə çalışırlar:

“Amma müəyyən zaman keçdikdən sonra bu kart da əhəmiyyətini itirəcək. Yəni yalnız Qarabağ deyil, ümumilikdə “erməni kartı” artıq bölgədə öz əhəmiyyətini itirməkdədir. Mövcud geosiyasi proseslər də məhz bu istiqamətə yönəlməkdədir. İstər Şahramanyan, istərsə də digər şəxslər artıq bu proseslərdə önəmli rol oynamırlar və tədricən siyasi səhnədən silinirlər. Şahramanyanı Paşinyan komandası ortaya atdı, müəyyən müddət istifadə etdi və sonra da səhnədən geri çəkdi. Ermənilər, ümumiyyətlə, milli məsələlərdə bir-birilərinə nə qədər müxalif olsalar da, bəzi məqamlarda vahid mövqe sərgiləməyi bacarırlar. Yəni bu, müxtəlif prizmalardan olsa da, ümumi yanaşma eynidir”.

“Amma artıq bu gün aydın görünür ki, bəzi güclər, daha dəqiq isə Ermənistan daxilindəki revanşist qüvvələr öz siyasi mövcudiyyətlərini qorumaq üçün hələ də “Qarabağ kartı”ndan istifadə etməyə çalışırlar. Halbuki dünyanın geosiyasi gündəliyində artıq Qarabağ mövzusu yoxdur. Əminliklə demək olar ki, yaxın gələcəkdə nəinki “Qarabağ kartı”, ümumiyyətlə, “erməni kartı” da bölgədə səhnədən çıxmağa başlayacaq. Artıq iki ölkə arasında 17 müddəalıq sülh bəndləri razılaşdırılıb və burada heç bir bəndə Qarabağ məsələsi daxil edilməyib. Çünki Azərbaycanın iddiası vardır ki, Ermənistan konstitusiyasına dəyişiklik edib ərazi iddiası məsələsini çıxarsın və Ermənistan da bununla razılaşıb”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600