!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şairə Cığatel: "Qızıma dedim, elə et ki, ərin sənə..."

!Reklam – Yazi

“Qızım ailə quranda dedim, elə et ki, ərinin sənə söz deməyinə ehtiyac qalmasın”.

Bunu Yenicag.az-a açıqlamasında şairə Çığatel İsaqızı yeni ailə quran qızı müğənni Leyladan danışarkən deyib.

Şairə mərhum həyat yoldaşını misal çəkərək, qızına nəsihət etdiyini bildirib:

“Qzımın atası ilə 34 il bir yerdə nişanlı kimi yaşadıq, sanki dünən ailə qurmuşduq. Elə sevə-sevə də ayrıldıq. Bizi ölüm ayırdı. Leyla ailə quranda ona bir kəlmə söz dedim ki, kişi xeylağıdır, söz-söhbət olanda böyütmə, hər sözü ürəyinə salma. Hər ailədə söz-söhbət olur. Evində dodağından təbəssüm əskik olmasın. Ona Şeyx Şamili misal çəkmişəm ki, həyat yoldaşını nə qədər uca tutsan, o qədər hörmətli olarsan”.

Maraqlıdır, həyat yoldaşı Leylanı “ya sənət, ya ailə” dilemması qarşısında qoyubmu?

“Həyat yoldaşı onunla şərt kəsmədi ki, ya sənət, ya ailə. Əksinə dəstək oldu və dedi ki, səni səhnədə görüb bəyənmişəm və bu sənətdə də görmək istəyirəm”, – şairə kürəkəninin qızının sənətinə mane olmadığını bildirib.

Cəvahir

www.yenicag.az

1130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv