“Sakinlər bu gündən Xətai rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər”

media-hightechnic-468x90

60d8444db59360ba624cb1a5aab28475Xətai rayonunda yanmış binada mənzil sahibi olan ailələrin hər birinə 15 min manat vəsait ayrılıb.

Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Bu məqsədlə 1 milyon manat ayrıldığını açıqlayan H. Abutalıbov deyib ki, həmin binanın sakinləri bununla bağlı bu gündən başlayaraq Xətai rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.

H. Abutalıbov qeyd edib ki, bu binada vəfat edənlər və xəsarət alanlar olmayıb, buna görə də hər bir ailəyə bərabər miqdarda – yəni 15 min manat vəsait veriləcək.

Xatırladaq ki, bu il aprelin 10-da Bakının Xətai rayonunda Zığ şossesi, 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında güclü yanğın olub.

Bina hazırda dözlət hesabına təmir olunur(apa).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa