Salyanda ev yandı: ər və arvad yanaraq öldü

media-hightechnic-468x90

Səhər saatlarında Salyanda yanğın faktı qeydə alınıb.

Yeniçağ.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1943-cü il təvəlüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı 1934-cü il təvəlüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600