Salyanda maşın aşdı - Yaralılar var
Salyanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət aıb.
Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində minik avtomobili idarəetməni itirərərk aşıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı sakinləri – 1987-ci il təvəllüdlü Verdiyev Ramil Rəhman oğlu və Əliyev Nemət Mirəli oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Report/