Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şamaxıda avtomobil dərəyə aşıb: 4 nəfər ağır xəsarət alıb

Şamaxı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Şamaxı-Qızmeydan yolunda qeydə alınıb.

Göyçay rayon sakini 1974-cü il təvəllüdlü Ocaqzadə Rəhim Vahid oğlu 10-ZP-606 dövlət nömrə nişanlı “Peugeot” markalı minik avtomobili ilə hərəkətdə olarkən Qızmeydan kəndinin giriş hissəsindəki döngəli yolda idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü Rahim Ocaqzadə və sərnişinləri – Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Fərəcov Bayram Zakir oğlu, həyat yoldaşı 1989-cu il təvəllüdlü Fərəcova Fəridə Məhərrəm qızı və onların azyaşlı övladı, 2013-cü il təvəllüdlü Fərəcov Nihat Bayram oğlu ağır bədən xəsarətləri aldıqları üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə və reanimasiya şöbələrinə yerləşdirilib. Zərbənin təsiri nəticəsində sürücünün gözlərinin çıxdığı, nəticədə görmə qabiliyyətini itirdiyi bildirilir. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

1742
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM