Şamaxıda sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü öldü

media-hightechnic-468x90

İyulun 12-də saat 22:30-da Şamaxı rayon sakini, 1969-cu il təvəllüdlü Kamal Rzayev sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Yenicag.az-a bildirilib ki, sürücünün iştirakı ilə avtomobil duracağa yerləşdirilib. Bu zaman sürücü özünü yaxşı hiss etmədiyi üçün Təcili Tibbi Yardım çağırılıb və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölüb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət müşahidə edilməyib.

Araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600