Reklam: High Technic
hightechnic

Şamaxıda yenə torpaq sürüşdü - 13 ev təhlükədə - VİDEO

Şamaxının Mədrəsə kəndində torpaq sürüşməsi səngimək bilmir.

Yenicag.az xəbər verir ki, sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 13-ə çatıb.

Son günlər yağan güclü leysan yağışları səbəbindən Şamaxının Mədrəsə kəndində torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artıb, evlərə ciddi ziyan dəyib. Hazırda bir neçə evin tavanında, yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanlar yaranıb.

Kənd İcra Nümayəndəliyindən ARB-yə verilən məlumata görə,  torpaq sürüşməsi səbəbindən bu günə qədər 10 ev qəzalı kimi qeydə alınıb. Kənddə 7 hektar əkin sahəsi də sürüşərək yararsız hala düşüb. Qəzalı evlərlə bağlı müvafiq qurumlara məlumat verilib.

www.yenicag.az

2594