Reklam

Reklam

Şamaxı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yanğın 00:00 radələrində başlayıb.

Məlumata əsasən, rayonun Şəhriyar qəsəbəsində 1 evdə başlayan yanğın qısa müddət ərzində qonşu evlərə keçib.

Hadisə yerinə Şamaxı, Qobustan və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 5 ədəd texnika və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

***

Şamaxıda yaşayış evində baş verən yanğın məhdudlaşdırılıb. FHN-nin saytının yaydığı son xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub. Yanğın saat 00:20-də məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3684
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."