Şampun oğurlayan şəxsi döyən mağaza sahibi və tanışı həbs edildilər - VİDEO/FOTO

media-hightechnic-468x90

Gəncə şəhərində ötən il baş verən oğurluq hadisəsinə görə bu il iki nəfər həbs edilib. 

Yenicag.az xəbər verir ki, hadisənin görüntüləri bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılıb.

Əli Qasımov adlı şəxs mağazadan şampun oğurlayıb. Mağaza sahibləri isə onu döyərək pul tələb ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb:

“Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini Əli Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib.

Zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakını tələf etmə hədəsi ilə 100 manat pul tələb etdiyinə görə hər iki şəxs saxlanılıb.

Onların barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onu da qeyd edim ki, Ə.Qasımov cari ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub”./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600