Samvel Karapetyanın ailəsi yeni siyasi partiya YARADIR – Paşinyana qarşı böyük KAMPANİYA

media-hightechnic-468x90

Artıq 71 gündür həbsdə olan erməni əsilli rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyanın ailəsi siyasi müstəviyə çıxmaq qərarına gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Karapetyanın qardaşı oğlu Narek Karapetyan yaxın günlərdə yeni siyasi partiya təsis edəcək. Partiyanın adının Samvel Karapetyanın məşhur “Mənim tərzimlə” ifadəsi ilə assosiasiya olunacağı bildirilir.

Məlumata əsasən, gələn ay partiyanın təsis qurultayı keçiriləcək və bundan sonra Narek Karapetyan ədliyyə nazirliyinə müraciət edərək partiyanın dövlət qeydiyyatına alınmasını təmin edəcək.

Qanunvericiliyə görə, yeni partiya yaratmaq üçün ən azı 100 təsisçi, qeydiyyat zamanı isə 800 üzv tələb olunur. Bu şərtlər hazırda Karapetyan ailəsi tərəfindən yerinə yetirilməkdədir.

Ekspertlər hesab edir ki, Karapetyanların təşəbbüsü yaxın gələcəkdə Ermənistan siyasi səhnəsində yeni güc mərkəzi formalaşdıra bilər.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa