Sarkisyanın görüşü birmənalı qarşılanmadı

media-hightechnic-468x90

83992Ermənistan prezidentinin iqamətgahında Serj Sarkisyanın və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla görüşü olub.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu haqda Daşnaksutyun partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan bildirib.

O, qeyd edib ki, görüş Daşnaksutyunun təşəbbüsü ilə olub. Görüşün maraqlı tərəfi bundan ibarətdir ki, təfərrüatları barədə heç bir açıqlama verilmir. Bir-birlərinə rəqib olan Sarkisyan və Tsarukyanın görüşünün detallarının gizli saxlanılması erməni mətbuatında birmənalı qarşılanmayıb.

Onu da bildirək ki, bir neçə gün əvvəl “Milli Özünütəyinetmə” Birliyinin lideri Paruyr Ayrikyan açıqlama vermişdi ki, Sarkisyan və Tsarukyan Rusiyanın adamlarıdır və sadəcə yuxarıdan əmr aldıqları üçün bir-birlərinə qarşı durublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600