!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Saudi Aramco”: Dünya neft hasilatına 25 trilyon dollar investisiya yatırılmalıdır

!Reklam – Yazi

Saudi Aramco dunya neft hasilatina 25 trilyon dollar investisiya yatirilmalidir.

Növbəti 25 il ərzində dünyada neftə artan tələbatı təmin etmək üçün yeni istehsal güclərinə 25 trln. investisiya edilməlidir.

“APA-Economics”in “vestifinance.ru” saytına istinadən məlumatına görə, bu barədə Davos Dünya İqtisadi Forumunda “Saudi Aramco” şirkətinin baş direktoru Amin Nasser bildirib.

Onun sözlərinə görə, yaxın onilliklərdə neft və qaza olan tələbat artmaqda davam edəcək: “Əgər kapital yatırımları həddindən artıq az olacaqsa, bu qiymətlərin kəskin artmasının əsasını qoyacaq və dünya iqtisadiyyatına mənfi təsir göstərəcək. Tələbat isə onilliklər ərzində artmaqda davam edəcək”.

O əlavə edib ki, dünya neft və qaz sənayesinə böyük həcmdə investisiya tələb olunur. “Saudi Aramco”nun baş direktoru həmçinin qeyd edib ki, bərpa olunan enerji mənbələri uzunmüddətli perspektivdə bazar payının müəyyən hissəsinə sahib ola bilər. Bununla belə A.Nasser hesab edir ki, bərpa olunan enerji mənbələrindən istifadə üstünlük təşkil etməyəcək.

“Neft resurslarını əvəz etmək üçün onilliklər tələb olunacaq. Bunun üçün “Saudi Aramco” da neft potensialından istifadə edir”, – deyə A.Nasser bildirib.

Şirkət rəhbəri vurğulayıb ki, Səudiyyə Ərəbistanı hazırda sutkada 12,5 mln. barel səviyyəsində neft hasilatı potensialına malikdir. Krallıq növbəti 10 il ərzində bu göstəricini ikiqat artırmağı planlaşdırır ki, bu da bazara daha çox neft tədarük etməyə imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, ölkə bərpa olunan enerji mənbələrini fəal inkişaf etdirir və bu sahəyə 500 mlrd. dollar vəsait xərcləyəcək. Bu addım 2023-cü ilə qədər ümumi gücü 10 GVt olan günəş və külək elektrik stansiyalarının yaradılmasına yönəlib. Daxili bazarda neftin qənaəti hesabına krallıq dünya bazarına tədarük edəcək həcmləri artıracaq.

Bu günlərdə “Wood Mackenzie” şirkətinin açıqladığı hesabatda qeyd edilib ki, qlobal investisiya artımı ilə bağlı ilk göstəricilər 2017-ci ildə özünü bariz göstərəcək.

Məlumata görə, 2017-ci ildə kəşfiyyat və işlənməyə 450 mlrd. dollara yaxın investisiya yatırılacaq ki, bu 3%-lik artım deməkdir. Şirkətlər bu investisiyadan daha böyük gəlir əldə edəcəklər.

Yenicag.Az

www.yenicag.az

906
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv