Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynada gələn il üçün hərbi planlar cızılır.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, istefada olan general İqor Romanenko ölkənin gələn ili strateji müdafiəyə keçəcəyini proqnozlaşdırıb.
Onun sözlərinə görə, ötən il olduğu kimi, bu il də müharibənin taleyinə hər hansı formada aydınlıq gətirilməyib.
Bununla belə, həm Ukrayna, həm də Rusiya müharibənin davam etdirilməsi üçün resurslara malikdir.
Romanenko qeyd edib ki, 2024-cü illə bağlı müharibə gözləntisi əsasən, Ukraynanın strateji müdafiəyə keçməsindən ibarət ola bilər:
“Məsələyə geniş planda baxsaq, Ukraynanın əks-hücum kampaniyasının hələ ki köklü dəyişikliyə səbəb olmadığı görünür.
Böyük ehtimalla, Qərb belə bir gedişata hazır deyildi və bu vəziyyət onun Ukraynaya yardımlarında da özünü göstərməkdədir”.
www.yenicag.az